Beyləqan və İmişli rayonları ərazisində yeni meyvə bağları salınır.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, yaz mövsümündə 60 hektar sahədə 30 min nar və ərik tingi əkilib. Meyvə tinglərinin yetişdirilməsi məqsədilə 0,30 hektarda Qafqaz xurması, 0,05 hektarda badam, 0,40 hektarda tut toxumu səpilib. Kökləndirmək üçün 3,7 hektarda 185 min ədəd nar qələmi basdırılıb. 500 kiloqram müxtəlif meyvələrin toxumu tədarük edilib.
Payız mövsümündə 170 hektarda nar, xurma, ərik, alça, badam, tut və sair meyvə ağacları əkiləcək. Artıq 20 hektarda əkin işləri həyata keçirilib, 0,72 hektarda ərik, alça, gavalı, şaftalı toxumları səpilib.