27 noyabr 2017 17:01
734

SOCAR ekoloji pozuntulara görə bir dəfə də cərimələnməyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlindən ekoloji pozuntulara görə bir dəfə də cərimələnməyib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın ekologiya idarəsinin rəhbəri Azər Əliyev Bakıda keçirilən “Oil Spill Control Caspian: Dənizdə və quruda neft dağılmaları” V praktiki konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, SOCAR müntəzəm olaraq ekoloji monitorinqlər keçirir:

“Son illərin monitorinqlərinin nəticələrinin təhlili aparılır, dinamika öyrənilir, zərurət olduqda tədbirlər görülür. Bu il heç bir ekoloji pozuntu qeydə alınmayıb, buna görə də SOCAR bir dəfə ə cərimə olunmayıb”.