Bu ilin birinci yarısında Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20 % artıb.
Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.
İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq səfərlərini yekunlaşdırdı
2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir
Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin Rəqabət Forumu keçirilib