23 noyabr 2017 22:05
719

Çində BTQ dəmir yolunun təqdimatı keçiriləcək

Gələn il Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. “Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi hadisədir və bu marşrut nəqliyyat əlaqələrini genişləndirməklə, iştirakçı ölkələr üçün yeni iqtisadi imkanlar açır”, - deyə nazir bildirib.