Çinin Qundun vilayətində qanunsuz maliyyə xidmətləri göstərən 7 nəfərlik dəstə ifşa olunub.
AZƏRTAC xəbər verir ki, Şaoquan şəhərində bankların birində açılmış hesab üzərindən qeyri-qanuni olaraq valyuta mübadiləsi fəaliyyəti göstərən dəstənin ümumilikdə 20 milyard yuanlıq (3 milyard ABŞ dolları) dövriyyəsi olduğu aşkarlanıb.
Təhqiqatın gedişində müəyyən olub ki, 10 minə yaxın fiziki şəxs tərəfindən və 148 bank hesabından yuxarıda qeyd olunan məbləğdə pul mədaxil-məxaric edilib. Dəstə üzvləri Honqkonq dolları və Çin yuanın mübadiləsindən xeyli gəlir əldə ediriblər.