23 noyabr 2017 18:27
517

Ağcabədidə 13 min 425 hektarda payızlıq səpin aparılıb

Ağcabədi rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 24 min 988 hektar sahədə payızlıq şum qaldırılıb. 13 min 425 hektarda payızlıq səpin həyata keçirilib ki, onun 7912 hektarı buğda, 1386 hektarı dən üçün arpa, 2944 hektarı yaşıl yem üçün xəsil arpa, 25 hektarı tərəvəz, 1158 hektarı təzə yoncadır. Torpaq mülkiyyətçiləri taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.

Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.