Dövlət Neft Şirkətində (SOCAR) transformasiya proseslərinə həsr olunan “Town Hall" iclası keçirilib.
“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə şirkətin vitse-prezidentləri Babək Hüseynov və Ziba Mustafayeva transformasiya prosesləri haqqında məlumat verib, bu çərçivədə görülən işlərdən və gələcək hədəflərdən danışıblar.
SOCAR-ın İşlənmə və Hasilat seqmentinin əməkdaşlarının qatıldığı iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib