Fransanın hər yerində minlərlə insan Mişel Barnierin baş nazir təyin edilməsinə etiraz edir.
“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.
Şənbə günü Fransada minlərlə insan Emmanuel Makronun sağçı Mişel Barnieri baş nazir təyin etməsinə etiraz etmək üçün Bordo, Nitsa və Le Man kimi şəhərlərdə küçələrə çıxıb.
Qeyd edək ki, Fransada son seçkilərdə solçuların qalib olmasına baxmayaraq sağçı Mişel Barnierin yeni baş nazir vəzifəsinə namizədliyi ilə bağlı etirazlar keçirilir.
Xatırladaq ki, Mişel Barnye sentyabrın 5-də Prezident Emmanuel Makron tərəfindən baş nazir vəzifəsinə təyin edilib və uzun sürən məsləhətləşmələr və danışıqlar prosesindən sonra ona yeni hökuməti formalaşdırmaq tapşırılıb.