11 sentyabr 2024 00:39
417

Əsəblər gərilir, uçurumlar dərinləşir...

Rusiyaya hədyan yağdıran Alen Simonyan kütbeyin hay deyil

Ermənistan-Rusiya çəkişməsi barədə xəbərlər gündəmdən düşmür. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətində tarixi müttəfiqini həyasızcasına günahlandıran Hayastan ondan 180 dərəcədə üz döndərib başqa dövlətlərə sığındı. Axmaq iddialarına bəraət qazandırmaq üçün haylar hər yerdə açıq umu-küsü etdilər ki, Rusiyanın təsir dairəsində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sırf hərbi qurum kimi Hayastanın əvəzinə gəlib vuruşmalı və onları müdafiə etməli idi. Əgər Rusiya bunu təşkil etməyibsə onda onunla birgə ittifaqda qalmağın mənası yoxdur. Ayrılıq da elə oradan başladı. Moskva vaxtında ölçü götürmədikcə haylar bundan istifadə edərək ziddiyyətləri və aradakı uçurumu daha da dərinləşdirdilər. Nəhayət, baş nazir Nikol Paşinyan özünə sadiq komandası ilə ABŞ-ın, Fransanın ətəyindən ikiəlli yapışıb Ermənistanı onların ixtiyarına verdi. Hazırda onların əmr və tapşırıqlarını sədaqətli qul kimi yerinə yetirirlər. Təzə ağalarının əmri ilə oturub-duran Hayastan rəhbərləri qarşılarına vəzifə olaraq əvvəlcə KTMT-ni tərk etməyi, sonra isə ölkə daxilindəki Rusiya sərhəd qoşunlarını və 102-ci hərbi bazanın çıxarılması məsələsini qoydular. Bu məqsədlə onlar Qərbdən müşahidə missiyası adı altında casusları və xüsusi xidmət orqanlarının təcrübəli əməkdaşlarını gətirib öz ərazilərinə yığdılar. Həmin hərbi mütəxəssislər Hayastandakı Rusiya qoşunlarının sayını, növünü və dislokasiya yerlərini öyrənib əldə etdikləri məxfi sirləri onları idarə edən “mərkəz”ə ötürürlər. Daha düşmənçiliyin buynuzu olmur ki!

“KTMT-dən çıxmaq barədə qərarın verilə biləcəyini heç kim istisna etmir”.

 Ermənistan mediasına istinadən xəbər verilir ki,  sentyabrın 9-da bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib: “Heç kim KTMT-nin bunun üçün hər şeyi etdiyini inkar etmir. Mən Ermənistanın 9 noyabr bəyanatından öz imzasını geri çəkməli olduğumu düşünmürəm. Ermənistanın 9-cu bənd üzrə öhdəlikləri və bütün sənədin əsasları “sülh kəsişməsi” məntiqinə uyğundur”.

Simonyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Ermənistanın KTMT tədbirlərində fəal iştirak etməməsinin  Ermənistan xalqının maraqlarına uyğun olmadığı"  barədə bəyanatına da toxunub.  Alen Simonyan əvvəlcə Mariya Zaxarova ilə bağlı şərh vermək istəmədiyini bildirsə də sonradan onun ünvanına bunları söyləyib: “Məncə, Ermənistanla təhdid dili ilə danışmaq çox pis məntiqdir. Biz bunu bu və ya digər şəkildə gördük...”

Parlamentin spikeri Alen Simonyan sözünün sonunda Ermənistanda anti-Rusiya kampaniyasının aparılmadığını bəyan edib.

Bax, elə burada da Alen Simonyan gözlərinin içinə qədər yalan danışıb. Axı, hansısa hay həqiqəti söyləsə, oğru,  xəyanətkar və  rəzil olmasa ondan erməni olmaz. Artıq dörd ilə yaxındır ki, Hayastanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür. Vəzifədə olan ruslar bu ölkədən çıxarılıb, rus dili sıxışdırılır. İrəvandakı mitinqlərdə dəfələrlə Rusiya bayrağı və Prezident Vladimir Putinin portretləri ayaqlar altına atılıb və ya yandırılıb. Rusiya əleyhinə fəal təbliğat aparılır. Bu tendensiya davam etməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan srağagün tədbirlərdən birində Rusiyaya xitabən deyib: "Belə təsəvvür yaratmağa cəhd edilir ki, üçtərəfli Bəyanat Ermənistan Respublikasında bu kommunikasiyaların təhlükəsizliyinin üçüncü qüvvələr tərəfindən təmin edilməsini nəzərdə tutur, bunun heç bir mənası yoxdur. Reallıqla məşğul olun”. Bundan əvvəl "Zvartnos" hava limanından və bəzi yerlərdən Rusiya sərhəd qoşunlarının hissələri çıxarılıb. Yəni, Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasına başlanıb.

Bəlkə Ermənistan mediasında Rusiya əleyhinə, Rusiya telekanallarında anti-Ermənistan verilişlərdən, çap olunan məqalələrdən Alen Simonyanın xəbəri yoxdur? O, əldən-ayaqdan uzaq bir kənddə yaşayan savadsız, kütbeyin hay deyil, ölkə parlamentinin sədridir. Heç ola bilməz ki, ən son məlumatlardan xəbəri olmasın. Əlbəttə, var. Ancaq "erməni xəstəliyi" onun real vəziyyəti etiraf etməyə imkan vermir. Hadisələr göstərir ki, Hayastan geridönüşü olmayan "kross qaçışına" çıxıb. Ancaq bu qaçışla haradasa ayağı ilişib üzü üstə yerə dəyəcək...

Vəli İlyasov, "İki sahil"