Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Azərbaycana təbii qaz nəqlini bərpa edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Gazprom Export” şirkəti ilə SOCAR təbii qazın nəqlinə dair razılığa gəliblər. Moskvada imzalanan müqaviləyə görə, Azərbaycan bazarına 1,6 milyard kubmetr Rusiya təbii qazı nəql olunacaq.
Qeyd edək ki, “Gazprom” 2010-2015-ci illərdə Azərbaycana 5,4 milyard kubmetr qaz ixrac edib.