COP-29 ərəfəsində AXCP sədri və onun başıpozuq dəstəsi tərəfindən ölkəmizə qarşı çirkin böhtan kampaniyası aparmaq mənəvi-siyasi əxlaqsızlığın pik nöqtəsidir
Milli maraqları, dövlət, xalq təəssübkeşliyini vəzifə, kreslo hərisliyinə, Azərbaycan əleyhdarlarının bəşəriyyətin bəlalarına çevrilən “ağ ölüm”dən, silah alverindən qazandıqları, qan qoxuyan, çirkli pullarından ayrılan tula payına dəyişən əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər yenə də millət, Vətən, xalq kimi məfhumlardan çox-çox uzaqda dayanaraq dünya erməniliyinin və ermənipərəst dairələrin ocağına odun daşıyaraq onu görükləməkdən əl çəkmirlər.
“Demokrat” maskasına bürünmüş bu marginallar ətraflarına özləri ağılda olan beş-üç nəfəri, siyasi cəhətdən yetkinləşməmiş, müxtəlif vədlərlə aldadılmış gəncləri, ayrı-ayrı məkrli dairələrin toruna düşürülmüş, ruslar demişkən “verbovka” olunmuş adamları, bəzi qohum-əqrabalarını yığaraq sosial şəbəkə seqmentlərində mənəviyyatsızcasına meydan sulayırlar. AXCP sədri Əli Kərimlinin, “Milli Şura” adlı antimilli qurumun rəhbəri Cəmil Həsənlinin, radikal müxalifətin fəal üzvlərindən olan Gültəkin Hacıbəylinin sentyabrın 1-də öləkmizdə baş tutan növbədənkənar parlament seçkilərindən sonra xaricdəki anti-Azərbaycan dairələrdən maliyyələşən Qənimət Zahidin, Sevinc Osmanqızının internet TV-lərində səsləndirdikləri fikirlər bir daha sübut edir ki, bu antimilli ünsürlər “demokratiya” anlayışını, onun dəyərini çürümüş mənəviyyatları, necə deyərlər, özünəməxsus “siyasi əxlaq” tərzi ilə ölçürlər.
Ermənipərəst qrant fondlarının satılıq əşyasına çevrilən bu siyasətbazlar anlamırlar və ya anlamaq istəmirlər ki, demokratiya mahiyyəti etibarilə bütöv bir xalqın qərarıdır. Bu mənada Azərbaycan xalqı ölkəmizdə azad, demokratik şəraitdə keçirilən bütün seçkilərdə bir ovuc antimilli ünsürün “ata ocağına” çevrilən AXCP-yə, “Milli Şura” ya, bu qurumların rəhbərləri olan Əli Kərimliyə, Cəmil Həsənliyə və onların cərgəsində yer tutanlara həmişə “yox” deyib.
Təbii ki, antimilli fəaliyyəti ilə özünü cəmiyyətdən təcrid edərək marginallşan radikal müxalifətin “başbilənləri” bütün bunları yaxşı bildiklərindən müxtəlif absurd bəhanələrlə sonuncu parlament seçkilərində iştirak etməkdən yayınaraq, necə deyərlər, qaçıb aradan çıxdılar. Siyasətlə məşğul olanlar yaxşı bilirlər ki, siyasi partiyanın əsas məramı siyasi proseslərdə iştirak etməkdir. Yəni, seçkilər prinsipial müxalifət üçün əsl sivil mübarizə meydanıdır. Şübhəsiz, bütün bunları radikal müxalifət düşərgəsində təmsil olunan AXCP-nin sədri Əli Kərimli də bilməmiş deyil. Sosial dayaqlardan mərhum olan Ə.Kərimli sentyabrın 1-dəki növbədənkənar parlament seçkiləri ətrafında effektsiz siyasi tamaşalar, şoular düzənləyərək seçki marafonundan “boykot” adı altında yayındı. Hamımız yaxşı bilirik ki, 2023-cü ildə AXCP-nin qurultayında pariyanın sədri Əli Kərimli hakimiyyətə ancaq seçkilər vasitəsi ilə gələcəklərini bildirmişdi. Belə olan təqdirdə görəsən, niyə Ə.Kərimli “biz hakimiyyətə ancaq seçkilər vasitəsi ilə gələcəyik” sözlərindən sonra seçki meydandan əklidi? Səbəbi hamımıza bəllidir.
AXCP sədri bütün ayıblarını gizlətmək üçün müxtəlif əsassız iddialar sələndirir, absurd fikirlər irəli sürür. Ən acınacaqlısı isə odur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un Azərbaycanın ev sahibliyi edəcəyi ərəfədə anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirərək ölkəmizə qarşı Makronsayağı mənəviyyatsızcasına “qara piar” kampaniyası aparırır. Makronsayğını təsadüfi demədik. Bu yaxınlarda Fransa hökuməti vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı növbəti təxribatçı çağırış edib. Bu ölkənin sərsəm bəyanatında deyilirdi ki, guya Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlıqları olan şəxslər Azərbaycanda həbs, əsassız həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər. Əslində Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirəcəyi bir dönəmdə ölkənin imicinə xələl gətirməyə çalışan Paris anlamır ki, bu əməlləri ilə onsuz da zərər görmüş imicinə xeyir gətirməyəcək. Bütün bunlar AXCP sədri Əli Kərimliyə də aiddir. Çünki bu zat bilməlidir ki, bu əməllərinə görə tarixin və xalqın yaddaşında xəyanətkar kimi qalacaq.
Təbii ki, Ə.Kərimli və onun başıpozuq dəstəsi tərəfindən ölkəmizə qarşı çirkin böhtan kampaniyası aparmaq mənəvi-siyasi əxlaqsızlığın pik nöqtəsidir. Hamımız yaxşı bilirik ki, COP-29 ərəfəsində radikal müxalifət tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası sabun köpüyünə bənzər qara-qışqırıqdan başqa bir şey deyil. Bütün bunlar əvvəllər olduğu kimi, iflasa uğryacaq.
Zahid Rza, “İki sahil”