Azərbaycan-İtaliya arasındakı dostluq və strateji tərəfdaşlıq çox uzun illərə dayanır. Bunun əsasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoymuşdur.Ümummilli Lider Heydər Əliyevin 25-27 sentyabr 1997-ci ildə İtaliyaya rəsmi səfəri zamanı İtaliya prezidenti Oscar Luici Skalfaro ilə görüşü zamanı iki ölkə arasında demokratiyanın, əsasları iqtisadiyyatın əsasları,əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında uzun müzakirələr aparılıb.
Ümummilli Lider eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının ərazi bütövlüyünü pozması və Azərbaycanın Dağlıq Qarabağ ərazinin işğal altında saxlaması,eyni zamanda etnik-siyasi təmizləmə,Tarixi abidələrimizin talan olunması haqqında müzakirələr aparmışlar.Bundan başqa Ümummilli lider Parlament senatının sədri,deputatlar palatasının sədri və İtaliyanın baş naziri ilə müxtəlif aspektlər üzrə bir sıra görüşlər keçirmişlər. Ümummilli lider Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirmə yolunda böyük addımlar ataraq,İtalianın iri neft şirkətləri müxtəlif sahələrdə sazişlər imzalamışdır. Bundan sonra İtaliyanın ən iri şirkətləri Azərbaycanda iri İnvistisiya layihələri həyata keçirmək üçün müxtəlif sahələrdə kapital qoymuşlar.Umimmilli lider Heydər Əliyevin İtaliyaya rəsmi səfəri onu göstərirdiki,Qafqaz və Cənubi Qafqazda Avropa ölkələrini siyasi və strateji tərəfdaşı kimi Azərbaycan ən vacib və danılmaz ölkədir.
Umummilli Liderin layiqli davamçısı, Müzəffər Alibaşkomandan,Prezident İlham Əliyevin 05-06 sentyabr 2024-cü ildə İtaliyaya rəsmi səfəri məhz sübut edir ki 30 ilə yaxındır ki,İtaliya və Azərbaycan bu iilər ərzində çox sıx dostluq,ticarət,iqtisadi sahələrdə əlaqələr qurub və Azərbaycan İtaliya üçün əvəzolunmaz tərəfdaşdır.Prezidentimiz İtaliyanın ən böyük şirkəti olan Eni S.P.A. korporasiyasının rəhbəri ilə görüşünü əsas səbəbi,SOCAR və Eni S.P.A. şirkətləri arasında neft hasilatı,İqtisadi sahədə yeniliklərin və İtaliya ilə birgə hər sahədə əməkdaşlığın daha inkişaf etdirilməsi və möhkəmləndirilməsinə böyük tövhənin verilməsidir. Bundan başqa iki ölkə arasında dostluq və tərəfdaşlığı inkişafı və möhkəmləndirilməsi yolunda Prezidentimiz İtaliya Nairlər Şurasının sədri xanım Ciorcia Meloni ilə əvvəlcə mətbuata açıq sonra isə təkbətək görüşlər keçirib.Bu görüşdən belə qənaətə gəlmək olar ki,hələ prezidentimizin 2020-ci ildə İtaliyaya səfəri zamanı iki ölkə arasında sosial,iqtisadi,mədəni və digər sahələrdə əmədaşlığı möhkəmləndirilməsi yolunda böyük addımlar atılıb.Bunun bariz nümunəsi olaraq Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Milanoda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün açılışında iştirak edərək 880 illiyi təntənə ilə qeyd olunmuşdur.Bu ona dəlalət edir ki,İtaliya ilə Azərbaycan arasında hər sahədə əməkdaşlıq yüksələn xətlə davam edir.Daha sonra sentyabıtrın 5-də iki tərəfli müqavilələr imzlanıb.Müqavilələrin imzalanmasında Prezidentimizlə yanaşı Ciorcia Meloni,hər iki tərəfin Xarici işlər Nazirləri,Neft Şirkətləri və digərləri iştirak etmişdir.Sənədlərin imzalanmasında əsas məqsəd iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələri dahada möhkəmləndirməkdir.
Bilindiyi kimi İtaliya Avropa Birliyində söz sahibi olan ölkələrdən biridir.Belə olduğu halda Avropa Birliyinə üzv olan bəzi ölkələrin Azərbaycana qarşı yeritdiyi qərəzli,çirkin,mili və dini siyasətin qarşısını almaq və İtaliyanın bu işdə vasitəçi olmasını təmin etməkdir. Bəzi ermənipərəst ölkə başçıları son zamanlar Azərbaycana qarşı qaralayıcı kamyaniyalara əl atıblar.Müzəffər Alibaşkomandanın və Azərbaycan xalqının böyük qələbəsini,Prezidentimizin uğurlu xarici və daxili siyasətini həzm etməyən bu qüvvələrə qarşı Avropada etibarlı və düzgün tərafdaş olan İtaliya hər sahədə sövdələşmələr aparmaq yenədə İlham Əliyevin dərin və çevik siyasətinin və biliyinin bariz nümunəsidir.
Prezidentimizin ən əsas görüşü isə İtaliya prezidenti Sercio Mattarella ilə oldu.Söhbət zamanı hər iki ölkənin dövlət başçıları dövlətlərimiz arasında inkişaf etməkdə olan siyasi,iqtisadi, mədəni və digər sahələrə toxunulub.Son dörd ildə Prezidentimizin İtaliyaya üç dəfə səfər etməsi məhz onu göstərir ki,hər iki dövlət arasında bütün sahələr üzrə yüksələn xətlə davam edir. Xüsusi ilə İtaliyanın TAP layihəsində iştirak etməsi onu göstərir ki,Azərbaycan Qafqaz regionunda Avropanın ən etibarlı enerji və təhlükəsizlik tərəfdaşıdır.Buda Prezidentimizin çox düzgün,iti zəkalı siyasətinin bəhrəsidir.
İtaliya-Azərbaycan Universitetinin qurulması ilə ölkələrimiz arasında mədəni və humanitar sahələr üzrə fikir mübadiləsinin aparılması,eyni zamanda mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edir.Bilindiyi kimi noyabr ayında Azərbaycanda çox böyük təntənə ilə COP-29 tədbiri keçiriləcək.Sercio Mattarella Prezidentimizə bildirmişdir ki,çox əhəmiyyətli bu tədbirə böyük nümayəndə heyəti ilə qatılacaqdır.
Prezidentimizin İtaliyaya səfərindən belə nəticə çıxarmaq olar ki,Avropa ölkələrinin böyük hissəsi Azərbaycanı böyük strateji,iqtisadi,siyasi,mədəni və digər sahələr üzrə Qafqazda ən etibarlı tərəfdaş kimi görür.Bunların hamısı Müzəffər Alibaşkomandan İlham Əliyevin çevik, dərin ağıl,yorulmaz,bitməz siyasətinin səmərəsidir.
Eldar Lahicov,
Humanitar Fənlər Təmayüllü məktəb-liseyin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü