12 sentyabr 2024 13:10
322

Enerji təklükəsizliyi və milli təhlükəsizlik

Dünya mediyası Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər”mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Formunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu”adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer verir. Bir sıra media agentliklərinin yaydıdığı materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün  rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və  onlardan 7-si Avropa İttifaqının üzvüdür.Bu səbəbdən Avropa komissiyası Azərbaycanı ümumavropa qaz təcizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycan 2007-ci ildən təbii qaz ixracatçısıdır. Cari ildə Azərbaycanda təbiiqaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu ötən ilin göstəricilərinə uyğundur. Ötən ixrac olunan qazın 12 milyard kubmetri Avropaya 9,5 milyard kubmetri isə Türkiyəyə nəql edilib.Gün ərzində hasilat 1000 barel olacaq. TANAP, TAP, Cənub Qaz Dəhlizi ,Bakı-Tibilisi-Ceyhan ,Bakı-Tibilisi-Ceyhan,Bakı-Tibilisi-Ərzurum kəmərləri bu gün Azərbaycana böyük gəlirlər gətirir və ölkə gündən-günə inkişaf edir.

Azərbaycan Prezidenti  İlham Əliyev çox düzgün enerji strategiyasını müəyyən edib. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır. Hazırda Mərkəzi Asiya ölkələrinin də böyük külək və günəş enerji potensialı var. Bu regiondakı dövlətlər dəistehsal etdikləri yaşıl enerjini “Xəzər-qara dəniz-Avropa” dəhlizi ilə ixrac edə  bilərlər. Buistiqamətdə azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında danışıqlar aparılır.

 Bütün bunları nəzərə alaraq, yaşıl dəhlizin böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik.

A.Məmmədova,
YAP Xətai təşkilatının “ Q.Nəbi 6a “ünvanı üzrə ərazi partiya təşkilatının üzvü