22 noyabr 2017 16:01
557

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 6,36 milyon barrel azalıb.

“Bloomberg”in anketinə görə, ehtiyatların keçən həftə 2,2 milyon barrel azalması gözlənilirdi.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.