13 sentyabr 2024 17:25
342

13-cü həvarimi? Və ya Əli Kərimli "AYDINLIQ" içərisində

Bir cəbhəçi digər birindən şikayət edib. Şikayət edən də, şikayət edilən də özləridir. Öz aləmlərində nə həşir çıxarırlar. Elə edirlər elə bil Əli Kərimli 13-cü həvaridir, bu nə istəsə edə bilər, buna toxunmaq olmaz. Əli Kərimli həmin o cəbhəçini aşağılayıb təhqir edəndə, mənəviyyatını, şəxsiyyətini alçaldanda bilmirdi ki, adam gedib şikayət verə bilər?!

Əli Kərimli deyir ki, siyasətlə məşğulam. Bəyəm, siyasətlə məşğul olanda öz bildiyini eləməlisən? Əli Kərimlinin istədiyi odur ki, AXCP adlı dərnəkdə hər kəs buna, “bəli, baş üstə” desin, bu da öz bildiyi kimi hərəkət eləsin. Xəyalı keçmiş müavini Gözəl Bayramlıya, Aqiləli Məhərrəmliyə gedibmiş yəqin. Düşünürmüş ki, bunlar özlərini necə bunun üçün həlak ediblərsə Aydın Əliyev də bunun dediyi ilə durub oturacaq. Əli Kərimli niyə məhz Aydın Əliyevlə  üz-göz düşüb? Ona görə ki, Aydın Əliyev AXCP-də Nəzarət Təftiş Komissiyasının üzvü və sədri olub. Əli Kərimli demokrat maskası taxmağa çalışa bilər, lakin onun hərəkəti və Aydın Əliyev də daxil AXCP-dən uzaqlaşanların hamısı etiraf edirlər ki, bu adam əsl diktator xislətli birdir. Sosial şəbəklərdə də cəbhəçilərin söyüş, təhqir kampaniyaları, fərqli fikir sahibi olan istifadəçilərin mənəvi terrora məruz qalmaları  da təsdiq edir ki, bütün bu tapşırıqlar birbaş Əli Kərimli tərəfindən verilir. Aqressiyasının tündlüyü üzünə yansıyan Əli Kərimlini “mənəvi terror” təşikaltçısı da hesab eləmək olar. Cəbhəçilərin sosial şəbəkələrdə hər hansı bir şəxsi ən ağır formada söyüş və təhqirə məruz qoymaları bəyəm mənəvi terror deyil?

Nə isə, qayıdaq Əli Kərimlinin Aydın Əliyevlə  üz-göz düşməsi məsələsinə. Nəzarət Təftiş Komissiyası partiyadaxili nizam-intizama, xüsusilə də maliyyə məsələləri ilə bağlı işlərə nəzarət edən bir strukturdur. Əli Kərimlinin diktator xisləti, eqosu imkan verməz axı, kimsə ona nəzarət edə və ya onu təftiş edə! Məhz bu səbəbdən Aydın Əliyevlə üz-göz düşüb. Hər cəhdlə onu zərəsizləşdirməyə çalışıb.

Əli Kərimlinin narahat olmağının da əsaslı səbələri var. Bilir ki, bir çox özbaşınalıqların, qanunsuz pulyuma əməllərinin üstü açılacaq. Məhz buna görə hər məhkəmə prosesindən öncə və sonra sosial şəbəklərdəki media törəmələrinin canlı yayınlarında  Əli Kərimli özünü az qala 13-cü həvari olaraq təqdim eləməyə çalışır. Əli Kərimli etdiklərindən narahatdır. Bilir ki, cəbhəçi Aydın Əliyev hələ çox mətləblərə aydınlıq gətirəcək!

Anar Şahmuradov,

İctimai-siyasi fəal