17 sentyabr 2024 21:01
255

Gələn il Naxçıvanın sosial-iqtisadi inkişafına 150 milyon manat ayrılacaq

2025-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının (MR) sosial-iqtisadi inkişafına 150 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrası məqsədilə lazımi məbləğdə vəsaitin qarşılanması üçün gələn ilin büdcə layihəsində maliyyə təminatı yaradılıb.