17 sentyabr 2024 21:16
243

"Barselona"nın futbolçusu ən çox maaş alacaq

"Barselona"da çıxış edən Aytana Bonmati dünyanın ən çox maaş alan qadın futbolçusu olub.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yer alıb.

26 yaşlı yarımmüdafiəçi komanda ilə yeni müqavilə imzalayıb. İspaniyalı oyunçu 2028-ci il iyunun sonunadək "Barselona"da çıxış edəcək. Amma Aytananın alacağı maaşın rəqəmi açıqlanmayıb.

Qeyd edək ki, Bonmati 2016-cı ildən "Barselona"da çıxış edir. O, 2023-cü ildə dünya çempionu olan 26 yaşlı futbolçu eyni ildə "Qızıl top" mükafatına layiq görülüb.