Qarabağ and yerimiz .Təkcə Vətənimizin deyil,ürəyimizin bir parçası,gələcək nəsillərə verə biləcəyimiz ən gözəl maddi və mənəvi mirasımız.Azərbaycan ruhu,Azərbaycan məfkurəsi bu torpaqlara hoppmuş,hər daşı hər qayası həmyerlilərimizin səsi ilə isinmiş,şəhidlərin qanı ilə suvarılmışdır.Cənnətim Qarabağ,sərvətim Qarabağ.
2020 ci il sentyabrın 27-də başlayan 44gün davam edən Vətən müharibəsi nəticəsində ordumuz Cəbrayıl,Füzuli,Zəngilan,Qubadlı,Şuşa şəhərlərini,300-dən çox yaşayış məskənlərini və mühüm strateji yüksəklikləri azad etmişdir.Hərbi əməliyyatlar noyabrın 10-da Azərbaycan,Ermənistan və Rusiya arasında üçtərəfli bəyənatın imzalanması ilə nəticələnmişdir.Ermənistanın bu tələblərə etinasız yanaşması sülhün təmin olunması yolunda aparılan bütün səyləri puça çıxardı.Vətən müharibəsindən sonrakı illərdə Ermənistan Azərbaycan tərəfinin sülh çağırışlarını cavabsız qoyaraq,qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə çalışırdı.Bunlar bölgədə yenidən hərbi əməliyyatların başlanmasını,zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Nəhayət,sentyabrın 19-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat diversiya qrupları tərəfindən Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9nəfər həyatını itirdi.Bununla yanaşı ordumuzun bölmələri müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu.Bütün bu təxribatların qarşısının alınması,üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması,Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal antiterror əməliyyatlarına başlanıldı.
Cəmi 23saat 43 dəqiqə davam edən əməliyyat erməni separatçılarının təslim olmasına,tam atəşkəs haqqında razılaşma əldə olunması ilə nəticələndi.Razılaşmaya əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri,qeyri-qanuni erməni silahlı dəstələri hərbi postlardan çıxmalı idilər.Qarabağda yaşayan erməni icmasının nümayəndələri antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular.Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olundu.Qarabağın erməni əhalisinin Ermənistana təxliyyəsi başlandı.Laçın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan ərazisinə gələn qondarma separatçıların həbsinə başlanıldı ki,onlar barəsində cinayət işi açıldı.Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.Azərbaycanın Zəfər tarixi Xankəndi,Xocalı,Ağdərə,Xocavənd,Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi,ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Min ilin yorğunu da dincələr Qarabağda
30il həsrətlə yanıb yaxıldığımız Qarabağımıza dincəlmək üçün yox ziyarət üçün gedirik.Hər daşı,qayası xalqımızın ziyarətgahına çevrilib.Bizdə zəvvarlarıyıq!
Nuriyyə Xələfova,
221 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü