Milli Musiqi Günündə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəllərini ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov paylaşım edib.
Qeyd olunub ki, heykəllərin önünə gül dəstələri qoyulub, onların əziz xatirələri dərin hörmətlə anılıb.
Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib
Xəzər Universiteti Dünya Məktəbində “Sən qayıdacaqsan” adlı tamaşa təqdim olundu