20 sentyabr 2024 12:27
153

Birinci Qarabağ müharibəsində şəhid olan hərbçi Tərlan Rüstəmovun qalıqları dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid hərbçi Rüstəmov Tərlan Kamal oğlunun qalıqları dəfn olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş zabiti Tərlan Rüstəmovla vida mərasimi keçirildikdən sonra nəşinin qalıqları Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidinin ailə üzvləri ve ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestr Dövlət Himnini ifa edib, yayılım atəşi açılıb.

Qeyd edək ki, Tərlan Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.

***

Bakının Qaradağ rayonun Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu ilə vida mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.