2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində tarixi Qələbəmizlə nəticələnən savaşdan sonra bölgədə yeni reallıqlar yarandı. Həmin reallığın mənitiqi nəticəsi olaraq bölgədə söz sahibi olan ölkəmiz üçün suverenliyimizi bərpa etmək və Qarabağdakı seaparatizmin kökünü kəsəmək üçün yeni imkanlar yarandı. Belə ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirlərinə başlayaraq Qarabağdakı seapatrçı rejimi 24 saata diz çökdürdü. Bu tarixi əməliyyat sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Əməliyyat nəticəsində ölkəmizdəki separatizm ocağı məhv edildi və dədə-baba torpaqlamızdakı erməni hərbi birləşmələri tərksilah olunaraq ölkəmiz ərazisindən çıxarıldılar. Bundan sonra qondarma rejim özünü buraxdığını elan etdi. Nəticədə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə şanlı Azərbayan Bayrağı dalğalanmağa başladı. Geridə qalan bir il ərzində bir çox tarixi hadisə də yaşandı. Belə ki, Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Birgünlük lokal tədbirləri Azərbaycan dövlətinin qüdrətini, əzmini və bacarığını bütün dünyaya bir daha göstərdi.
Ordumuz savaşda da heyrətamiz hərbi uğurlar qazındı. 24 saat ərzində 1761 hədəf məhv edildi. Əvəzində bir nəfər belə mülki sakinə zərər görmədi. Mülki infrastrukturlara zərər vurulmadı. Ancaq legitim hərbi hədəflər vuruldu. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olanlara qandırdıq ki, biz güclüyük və basılmazıq.
Qarabağda 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.
Lakin və təəssüf olsun ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma «prezident»lərini seçir, qondarma «parlament»lərinin adından dövlətimizə qarşı sərsəm bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı. Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20 –də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Ümumiyyətlə, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi idi. Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən önəmlisi isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir». Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək. Bu tarixlər xalqımız durduqca xoş hisslərlə bayram ediləcəkdir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri