20 sentyabr 2024 15:04
77

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.

"Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, şanlı Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 20 Sentyabr - Dövlət Suverenliyi Günü mübarək. “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman birliyimizi davam etdirəcəyik", - deyə paylaşımda qeyd edilib.