20 sentyabr 2024 15:23
76

KOBİA milli ESG standartlarının tətbiqi üçün layihə hazırlayıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarının tətbiqi üçün müvafiq layihə hazırlayıb və sənəd razılaşdırma mərhələsindədir.

“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatında bildirib.

"Milli ESG standartlarına beynəlxalq tələblərin inteqrasiyasını və sinxorinizasiyasını qarşımıza hədəf olaraq qoymuşuq", - deyə o qeyd edib.