20 sentyabr 2024 22:56
353

Əli Kərimlinin “xroniki boykot” mərəzi AXCP-ni təlatümlü istefa dalğası ilə üz-üzə qoyub

Uzun illərdən bəri antimilli fəaliyyəti ilə sosial dayaqlarını itirən AXCP özünün qürub çağını yaşayır. Əli Kərimli başda olmaqla bir qrup marginalın toplandığı, ictimai dayaqdan mərhum olan bu siyasi təşkilat demək olar ki, öz funksionallığını itirib.

Son günlər istefa dalğasının yüksəldiyi AXCP-də ayrı-ayrı qruplar arasındakı qarşıdurma və gərginlik demək olar ki, pik nöqtəsinə çatıb. Bu günlərdə təşkilatın aparıcı fiqurlarından biri, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin və digərlərinin istefası  partiyada heç də səs-küysüz ötüşmədi. A.Yusuflinin sosial şəbəkələrədə yazdığı statusdan aydın olur ki, onun istefasını labüd edən səbəblərdən biri də  partiyanın xroniki “boykot” mövqeyində olmasıdır.

Çox yaxşı... Bu yaxınlarda, daha doğrusu, 1 sentyabr növbədənkənar parlament  seçkilərindən bir az əvvəl yazmışqdıq ki, partiya üzvlərinin böyük əksəriyyətinin  iradəsinin əleyhinə olaraq Əli Kərimlinin seçkiləri boykot etməsi onsuz da xaos, qarşıdurma, eləcə də avtoritar idarəetmə tərzinin hökm sürdüyü AXCP-ni uçuruma yuvarladacaq. Göründüyü kimi, zaman bizim dediklərimizi təsdiq etdi. Həm də o zaman yazmışdıq ki, Ə.Kərimlinin “boykot”çu mövqeyi partiyanı siyasi intihara gedən yolun sonuna yaxınlaşdırır.

Bir məsələni xüsusi ilə vurğulamaq lazımdır ki, Ə.Kərimlinin boykot qərarına qarşı AXCP sədrinin müavini S.Həzi başda olmaqla xeyli sayda partiya funksioneri həmin dövrdə qarşı çıxmışdı. O vaxt sosial şəbəkələrə diqqət yetirərkən aydın olurdu ki, Ə.Kərimlinin sıravi partiya üzvləri belə onun boykot qərarından heç də məmnun deyildilər. Onlardan bəziləri hətta sosial mediadakı statuslarında öz “liderlər”ini seçkiləri boykot etməkdə ittiham edirlər.

Xatırlayırsınızsa sosial dayaqlarını tamamilə itirən, beş-on nəfərin ümidinə qalan AXCP sədri Əli Kərimlinin və təşkilatda ona yaxınlığı ilə tanınan azsaylı “cəbhəçi”nin boykot çağırışları həmin dövrdə nəinki siyasi arenada mövcud siyasi partiyalar, hətta radikal düşərgədəki rəqib- “tərəfdarı” Müsavat Partiyası tərəfindən də rədd edilmişdi. 

Təbii ki, “xroniki boykot” mərəzinə mübtəla olan Ə.Kərimlinin  sentyabrın 1-də baş tutan bu siyasi kampaniyadan, necə deyərlər, yayınmasının əsaslı səbələri var idi.  Əvvəla, hamımız yaxşı bilirik ki, ictimai dayaqdan məhrum olan AXCP-nin siyasi qüvvələrin yarışması, öz potensial və imkanlarını nümayiş etdirmək, məram və məqsədlərini, ideyalarını xalqa çatdırmaq üçün ən əlverişli və ideal meydan olan seçkilərə qatılmaq və oradan qələbə ilə çıxmaq üçün nə eloktoratı, nə də potensialı və real gücü yox idi. Elə buna görə də radikallığı, inkarçılığı əsas fəaliyyət prinsipinə çevirən, bu üzdən də cəmiyyətdə qeyri-ciddi siyasətçi kimi tanınan Ə.Kərimli öz gücünə bələd olduğundan bu siyasi yarışmaya qatılmaqdan yumşaq desək, qorxdu.

İkincisi, 1 sentyabr seçkiləri ilə bağlı bəzi beynəlxalq təşkilatların hazırladığı hesabatların tezislərindən aydın oldu ki, AXCP seçkiləri “boykot” etmək qərarını məhz həmin təşkilatlarla sıx işbirliyi nəticəsində verib.

Sirr deyil ki,Ə.Kərimli Qərbdəki ağalarının sifarişi ilə demokratiyadan, insan haqlarından, azad seçkilərdən danışsa da özü uzun illərdir ki, təşkilatda avtoritar idarəetmə sistemi yaradıb. İlk növbədə AXCP sədrinin antimilli fəaliyyəti, eləcə də partiyadaxili avtoritar idaərçiliyi, intriqaçı düşüncələri, ittihamedici açıqlamları, ən əsası isə ölkədə keçirilən bütün seçkilərdə “boykot”çu mövqe sərgiləməklə sırari partiya üzvlərinin seçkilərdə iştirak etmək hüququnu tapdalaması məhz bu siyasi təşkilatın təlatümlü istefa dalğası ilə üz-üzə qalmasına gətirib çıxardı. 

Burada yeganə çıxışı yolu ondan ibarətdir ki, Ə.Kərimli özündə təpər, güc, iradə toplayaraq təşkilatın növbəti qurultayında AXCP sədrliyindən istefa edərək postunu bu siyasi qurumdakı sağlam düşüncəli gənclərə versin. Təbii ki, bütün bunlar inanılmaz görünsə də, çox da müşkül məsələ deyil. Yetər ki, Ə.Kərimli xislətini dəyişsin...

Zahid Rza, “İki sahil”