2024-cü ilin sentyabrın 20 –də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Xankəndi şəhərinə növbəti səfərini etmişdir. Ölkəmizin başçısı səfər çərçivəsində doğma Xankəndidə yeni yaradılan, tarixi Qələbələriən xoş reallığıdır
mizin ən dəyərli simvolarından biri olan Qarabağ Universitetini ziyarət edərək buranın müəllim və tələbə heyəti ilə görüşmüşdür. Prezident Universitetdə çıxış edərək Qarabağda 44 günlük uğurlu əməliyyatımız nəticəsində əldə etdiyimiz möhtəşəm Qələbəmizin və suverenliyimizin tam bərpasının bizə yaşatdığı böyük qürur hissindən bəhs etmişdir. Bu qələbə nəticəsində ədalət və beynəlxalq hüquq zəfər çalmış, Azərbaycan öz gücünü bütün dünyaya bir daha göstərmişdir. Ölkəmizin başçı xüsusi vurğulamışdır ki, ədalətə çatmaq üçün gərək onu əldə edəsən, o göydən düşməz.
Müzəffər Ali Baş Komandanımız çıxışında şanlı Ordumuzun qələbəsindən danışmış, Vətəni uğrunda canından keçən şəhidlərimizi xüsusilə anmışdır. Vətən müharibəsində və antiterror əməliyyatında 90 mindən artıq azərbaycanlı gənc iştirak etmiş, onlardan 3200-dən çoxu torpaqlarımızın azad olunması uğrunda qəhramancasına canlarından keçərək Azərbaycanın şanlı tarixində əbədi iz buraxmışdılar. 44 günlük müharibə zamanı Ordumuz hər gün yeni uğurlar əldə etmiş,bir nəfər belə olsun döyüş meydanını tərk etməmiş, işğal olunmuş ərazilərin geri qaytarılmasında mühüm nailiyyətlərə imza atmışdırlar. Müharibələrdə psixoloji üstünlük də hərbi güc qədər əhəmiyyətlidir. Azərbaycan Ordusu yalnız gücü ilə deyil, həm də psixoloji hazırlığı və döyüş iradəsi ilə düşmən üzərində qələbə qazanmışdır.
Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, Ordumuz çətin çoğrafi şəraitdə, düşmənin bütün müdafiə xətlərini yararaq irəliləmiş, Şuşa kimi alınmaz qalanı yüngül silahlarla azad etmiş, müasir tarixdə misli görülməmiş bir rəşadətlə, peşəkarlıqla zəfər qazanmışdır. Tarixi Zəfərimiz nəticəsində illərdir Vətən həsrəti çəkən məcburi köçkünlər öz doğma yurdlarına geri qayıtmağa başlamışdır. Onların uzun illərdən sonra evlərinə dönməsi, Azərbaycanın azad olunmuş torpaqlarına qayıdışı böyük tarixi məna kəsb edir.
Azərbaycan xalqı 44 günlük müharibədə vətənpərvərlik ruhunun nələrə qadir olduğunu bir daha göstərdi, gənc nəslin milli ruhda tərbiyə olunmasının ölkənin suverenliyinin təminatı olduğunu sübut etdi. Prezident İlham Əliyev çıxışında, bütün çətinliklərə , təzyiqlərə, baxmayaraq, bu ağır dövrdə inamını itirmədən düşmən üzərində qələbə qazanmış Azərbaycan Respublikasının əzminin, cəsarətinin, hazırda bütün dünyada işğaldan, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz mübarizə yollarında nümunə olduğunu söyləmişdir. 44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik və həmrəyliyin nə qədər vacib olduğunu bir daha sübut etdi.
Dövlət başçımız vurğulamışdır ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasında , tərbiyəsində əsas rolu ailə və müəllim oynayır. Elə Azərbaycan ailələrində, təhsil ocaqlarında gənclərdə vətənpərvər ruhun formalaşmasının nəticəsidir ki, heç vaxt Qarabağı görməyən gənclərimiz doğma torpaqlarımızı azad etmək uğrunda bir an belə düşünmədən canlarından keçdilər, yaralandılar. Biz bu cür cəsur vətən övladlarına sahib olmağın fəxrini yaşayır, onlarla hər zaman qürur duyuruq.
Dövlətimizin başçısı Qarabağ Universitetinin yaradılmasının, bölgə üçün mühüm tarixi hadisə olduğunu bildirmişdir. Universitet, Azərbaycanın təhsil sisteminə yeni nəfəs verəcək, bölgədə bilik və elm mərkəzinə çevriləcəkdir. 1200 tələbənin təhsil aldığı Qarabağ Universiteti ölkənin müxtəlif bölgələrindən olan gənclərə ev sahibliyi edərək, təhsilin gücü ilə Qarabağın yenidən bərpasına xidmət edəcəkdir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri