Azərbaycan mayası nur, qayəsi nur ki.
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyəndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Vətən sevgisi ,vətənpərvərlik ruhu insanın təbiətindən gəlir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür,ölümü ilə əbədilik qazanır,Şəhidlik zirvəsinə ucalır. Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin,millətin yolunda ,şüurlu surətdə öz canlarından keçən insanlardır. Yalnız müqəddəs amallar uğrunda çarpışan ,qorxu nə olduğunu bilməyən ,Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli,ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. İllər ötüb ,qərinələr dolaşsada, Şəhidlər heç vaxt unudulmur ,həmişə minnətdarlıq duyğuları ilə yada salınır,xatirələrinə dərin ehtiram bəslənir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla , qəlblərində Vətənə ,millətə sevgisi olan insanlardır.
Şəhidlər Vətən daşı ,yurdun vətəndaşıdır
Şəhidlər azadlığın uca heykəl daşıdır
Şəhidlər məmləkətin,xalqın qan yaddaşıdır.
Azadlığı ,müstəqilliyi babalardan miras qalan,torpağı uğrunda oglunu ,qızını şəhid verən xalqımızın,qürur hissi keçirməyə tam mənəvi haqqı vardır. Vətənin müdafiəsi ugrunda canından ,qanından keçən qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı,onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən ,30 illik həsrətdən sonra doğma Qarabağımızı ,Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq,onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır. Bu gün Azərbaycanın elə bir bölgəsi ,elə bir kəndi tapılmaz ki ,orada bir Şəhid məzarı olmasın. I Qarabag müharibəsində,Aprel döyüşlərində,Tovuz döyüşlərində,II Qarabag müharibəsində minlərlə igidimiz öz canlarını Vətən uğrunda fəda etmişdir.Vətən müharibəsində qəhrəmancasına döyüşən ,Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran ,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiram və hörmətlə yad edirik. 2020- ci il sentyabrın 27- də II Qarabağ müharibəsi başlandı.44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı cənab İlham Əliyevin “ Qarabag Azərbaycandır!” şüarı altında “Dəmir yumruq “ kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı. Vətən müharibəsində Ali Baş Komandan-Ordu-Xalq Birliyi də, dəmir yumruğa çevrilərək Qələbəmizdə böyük rol oynadı. Dinindən,dilindən və irqindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə həmrəylik nümayiş etdirmişdilər.Vahid komandanlıq və güclü siyasi hakimiyyət, Ali Baş Komandan İlham Əliyevin 2003-cü ildən ordu quruculuğuna diqqəti daha da artırması Vətən müharibəsindəki qələbəmizə ,işğal altında olan torpaqlarımızın azad edilməsinə səbəb oldu. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. 2021-ci ildə sentyabrın 27- də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva həmçinin üç minə yaxın insan Vətən müharibəsində Şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini əllərində onların şəkillərini tutaraq yad etdilər.Ölkə başçısı Şəhidlərin əziz xatirəsinə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu. Bu qələbə bizləri nə qədər sevindirdisə ,ürəklərimizdə də biz o qədər iz qoydu. Minlərlə igidlərimiz və mülki vətəndaşlarımız Şəhidlik zirvəsinə ucaldılar.
Azərbaycanın Şanlı tarixini mərd ogullarımız öz qanları ilə yenidən yazdılar. Çingiz Mustafayev, Salatın Əsgərova, Mübariz İbrahimov, Murad Mirzəyev, Polad Həşimov Şükür Həmidov,Cəbrayıl Dövlətzadə...Bu siyahıda minlərlə Şəhidlərimizin adı yazılmalıdır. Onların qəhramanlığı bir məqaləyə sığmaz. Şəhidlərimizi yalnız bir amal birləşdirirdi:”Biz gəldi- gedərik . Təki Vətən yaşasın ,Vətən sag olsun!”
Şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu Şanlı qələbəni bizlərə yaşatdıqlarına görə şəhidlərimizin əbədi ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm.
Bizə Zəfər yaşatdı,
İgid oğullarımız
Hər birini anırıq
Minnətdarıq hamımız!
Rövşanə Hacıyeva,
YAP Xətai rayon təşkilatının "8 noyabr prospekti 159 " ünvanı üzrə ərazi partiya təşkilatının üzvü,
59 nömrəli tam orta məktəbin Tarix müəllimi