25 sentyabr 2024 14:40
333

Azərbaycan xalqının şanlı Zəfəri

Ali Baş Komandan İlham Əliyev əmri ilə qəhrəman Azərbaycan əsgərinin şücayəti nəticəsində 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Lakin Ermənistanın genişmiqyaslı təxribatları səngimirdi. Öhdəliklərinə əməl etmirdilər.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Bu əməliyyat cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmışdır. Əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qısa bir zaman ərzində qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, Azərbaycanın növbəti parlaq Qələbəsi nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının bu şanlı Zəfəri sayəsində bu gün fəxrlə deyirik ki , Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bu gün Azərbaycan xalqının ən böyük nailiyyəti öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirməkdir.Xallqımızın tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala baxmayaraq, heç bir qüvvə onun müstəqillik, dövlətçilik əzmini

sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Prezident İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin. Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib. “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”

Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.

Gülnarə Gülməmmədova,
YAP Xətai rayon təşkilatının "8 noyabr prospekti 159 " ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü,
59 nömrəli tam orta məktəbin  müəllimi