25 sentyabr 2024 16:09
356

COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə böyük ehtiramın göstəricisidir

Biz çox xöşbəxt insanlarıq ki, Azərbaycan vətəndaşıyıq. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində xalqımız sülh və əmin amanlıq şəraitində yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində Azərbaycan Milli intibahın yeni mərhələsini yaşamaqdadır. Azərbaycan uca zirvələrə yüksəlib. Ölkəmizin son illər ərzində dinamik inkişafı və yüksəlişi göz önündədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxt Bakı böyük idman bayramlarına ev sahibliyi edir və ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynayıb. 

Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət münaqişələr, terrorçuluq, kütləvi qırğın silahlarının yayılması,əhalinin miqrasiyası,ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsinin zəruri edir. Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü,konsititusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmaları  müəyyən edilib. Dövlət başçısı əhalinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə hər il ölkədə yeni iş yerləri açılır, əməkhaqları artırılır. Bütün bunlar əhalinin güzəranına müsbət təsir göstərir.Azərbaycan Respublikası hazırda bütün iqtisadi göstəricilər üzrə sürətlə inkişaf edən ölkələr sırasındadır. 

Bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Azərbaycanda keçirilməsi barədə yekdil rəy beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Digər tərəfdən bu, həm də Azərbaycan rəhbərliyinin qlobal miqyasda güclü diplomatiya həyata keçirməsinin və etibarlı tərəfdaş kimi nüfuzunun təsdiqidir. COP29-da dünyanın hər bir nöqtəsini təmsil edəcək təxminən 70-80 min qonağın iştirakı proqnozlaşdırılır ki, bu da tədbirin misli görünməmiş qlobal miqyasını təsəvvür etməyə imkan verir. Bu tədbir Azərbaycan üçün böyük fürsətdir. 

Vüsalə Səlimova,
287 nömrəli “Zəkalar liseyi”nin İngilis dili müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü