26 sentyabr 2024 10:11
374

Cənab Prezidentin çıxışı Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyasi kimi tarixləşdi

Respublikamızda növbədənkənar parlament seçkiləri də uğurla, böyük siyasi fəallıqla başa çatdı. Bu demokratik seçkilər təsdiqlədi ki, Azərbaycan dünyəvi, bəşəri dövlətdir, bu dövlətdə hər bir vətəndaşın hüquqları Konstitusiyanın tələbələri ilə ciddi şəkildə qorunur. Bu seçkilər onu da təsdiqlədi ki, Azərbaycanda vətəndaş cəmiyyəti birmənalı şəkildə dövlətçilik atributları səviy­yə­sində qorunur, mühafizə edilir, yaşadılır. Sentyabrın 23-də VII çağırış Azərbaycan Res­pub­li­kası Milli Məclisinin ilk iclasında Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da məhz bu gerçəkliklərin ifadəsi kimi dinlənildi.

Çıxışında İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının arxada qaldığını, dün­ya­da gedən proseslərin, yeni müharibə ocaqlarının yaradıldığını, Ermənistanda revanşizm meyil­li­lə­rinin baş qaldırdığını da xatırladan cənab Prezident qeyd etdi ki, İkinci Dünya mühari­bə­sin­dən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prin­sipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, torpaq­la­rı­mız işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bu Zəfər dünyanın ni­za­mını dəyişdi, gerçəkliklərin işğalı susdurması bəşərililiyin təntənəsi kimi tarixləşdi. Bunun icraçısı Azərbaycan Ordusu oldu. VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk ic­la­sında çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ulti­ma­tum dili ilə danış­maq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücü­mü­zü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüv­vələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüv­və­ləri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı si­lah­lı bir­ləş­mələr yaradıl­mışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təc­hizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında 75 il əvvəlin tarixi ilə - Böyük Vətən mü­haribəsi ilə 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi arasında məntiqi müqayisə də gətirdi, bu müqayisə ilk dəfə səsləndirildiyinə və xarakteris­ti­ka­sının eyniliyinə görə yaddaşlarda və tarixdə qalacaq: “İkinci Qarabağ müharibəsində məhz Azər­bay­canın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nə­­dən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar”.

Çıxışında tarixi Zəfərdən sonra Azərbycanın beynlxalq nüfuzunun bir neçə dəfə artdığını, bey­nəlxalq mövqelərinin möhkəmləndiyini, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında ol­du­ğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Bundan son­ra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitə­lər­­də sayı artır. İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xa­ri­ci siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar quru­lur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əmək­daşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla müna­si­bətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”.

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev Millli Mıclisdə çıxışında öl­kə­­­lə­rarası münasibətdə ikitərəfli əlaqələrin hansı formatda qurulduğuna da, hansı formatda da­vam etdirildiyinə də fəlsəfi mahiyyətlə yanaşdı. Bu, bəşəriliyin dərki baxımından dünya icti­maiy­­yə­ti­ni, dövlətləti ciddi düşündürməlidir: “Kim bizimlə Qarabağın Azərbaycana qaytarıl­ma­sına sevi­nir­sə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlal­tıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış Azərbay­can Respublikası Milli Məclisinin ilk iclasında çıxışında dediyi fikirlər Vətən adından deyilən fikirlərdir və belə dinlənildi, belə də tarixləşdi. Bu çıxışda sabahlara böyük inam da var. Döv­lət­çi­liklə səsləşən bu inam daha güclü Azərbaycan deməkdir: “Qarabağın və Şərqi Zəngəzurun bər­pası bizim hər birimizin önəmli vəzifəsidir. Müha­ri­bə­dən sonra bu ilin sonuna qədər xərc­lən­məyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Və­sai­tin mütləq əksəriyyəti infra­st­ruk­tur la­yi­hələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və sək­kiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış Azərbay­can Res­­pub­likası Milli Məclisinin ilk iclasında çıxışı Azərbaycanın dövlətçilik tarixində hadisə kimi yad­da qalacaq. Azərbaycan vətəndaşları bu çıxışı Azərbaycan gerçəkliklərinin dünyaya inteq­ra­siyası kimi dəyərləndirir.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı