26 sentyabr 2024 18:30
325

Bu, həm hərb tariximi­zin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımın­dan əhəmiyyətlidir - Cəlil Xəlilov

"2020-ci ilin 27 Sentybar tarixi 44 günlük şanlı Vətən müharibəsinin baş­ladığı, ordumuzun bütün cəbhə xətti boyu əks-hücuma keçdiyi gündür".

“İki sahil” xəbər verir ki,  bunu hərbi ekspert Cəlil Xəlilov deyib.

O bildirib ki, məhz 27 sentyabr tarixində Azərbaycan xal­qı, Azərbaycan Ordusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 30 illik erməni işğalına qarşı hərbi müstəvidə mübarizəyə başladı və bu mübarizə cəmi 44 gün ərzində yağı düşmənin məğlub olması, Ermənistanın hərbi potensia­lının 80 faizdən çoxunun darmadağın edilməsi ilə nəticələndi: "Azərbaycan 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. Bir sıra iri rayonlarımız – Ağdam, Laçın və Kəlbəcər isə bir güllə belə atılmadan, Prezident İlham Əliyevin diplomatik səriştəsi nəticəsində erməni işğalından azad edildi. Ermənistanın bu 30 ildə qurduğu bütün istehkamlar 44 gün ərzində yarıldı, hərbi texnikaları dəmir yığınına çevrildi. Bu, Azərbaycan hərb tarixinin ən böyük, ən möhtəşəm qələbəsi idi. Əminəm ki, illər, əsrlər keçsə də, bu qələbə Azərbaycan xalqı­nın qan yadaşında, Azərbaycan tarixində ən şanlı qalibiyyət kimi yaşayacaq, öz əzəmətindən heç nə itirməyəcəkdir. 27 Sentyabr həmişə tarixin yaddaşında qalacaq. 27 sentyabr Anım Günüdür. Belə bir günün təsis olunması heç şübhəsiz cənab Prezidentin, dövlətimizin şəhidlərimizə olan sevgi və ehtiramının nümunəsidir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman şəhidlərimizin təbliğinə, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib və bu amil təşkilatın gələcək fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Hesab edirəm ki, kimliyindən, sosial statusundan, ha­rada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər kəs şəhidlərimizin xatirəsini uca tutmalı, onların xatirəsinin əbədiləşdirlməsi, müharibədə göstərdikləri qəhrəmanlıqların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində əlindən gələni etməlidirlər. Bu mənada, təşkilatımız gənclərin ordu­ya hazırlanması ilə bağlı müxtəlif qurum­larda, təhsil ocaqlarında görüşlər keçirib. Hərbi qanunvericiliyi, Azərbaycanın tari­xini xüsusi təbliğ edirik. Ordumuzda olan texnikalardan istifadə qaydaları, nizam-intizama riayət edilməsi məsələlərinin təbliği istiqamətində, gənclərin fiziki hazırlığı cəhətdən xeyli işlər görmüşük. Təkcə ölkə daxilində deyil, müxtəlif xa­rici dillərdə dünya ictimaiyyəti, dünya veteranlar təşkilatları qarşısında da təbliğatımızı yüksək səviyyədə aparmı­şıq".

Onun sözlərinə görə, həmin proses bu gün də davam et­dirilir: "Biz həm xaricə dəvət olunur, həm də ölkəmizə qonaqlar dəvət edərək nəzərlərinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsi üçün mübarizə aparır, heç bir dövlətə ərazi id­diası yoxdur. Sadəcə, bugünkü gənclər deyil, gələcək nəsillər də bilməlidirlər ki, biz 8 Noyabr Zəfərinə görə kimlərə borcluyuq. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteran­lar Təşkilatı mütəmadi iş aparmaq­da, orta və ali təhsil müəssiələrində, müxtəlif auditoriyalarda şəhidlərimizin və onların qəhrəmanlıqlarının təbliği ilə məşğul olmaqda, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldır­maqdadır. Biz hər vasitə ilə çalışırıq ki, gənclərimiz şəhidlərimizi tanısın, onların döyüş yoluna dərindən bələd olsunlar. Bu, həm milli və hərb tariximi­zin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımın­dan əhəmiyyətlidir. Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı ola­raq gələcəkdə bu istiqaməti daim diqqət mərkəzində saxlayacaq, şəhdilərimizin təbliği istiqamətində yeni-yeni addımlar atacaq, layihələr həyata keçirəcəyik".