29 sentyabr 2024 20:02
95

Biləsuvarda minik avtomobili aşıb

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki,  hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin aşması nəticəsində 1995-ci il təvəllüdlü Kənan İslamov və onun anası, 1974-cü il təvəllüdlü Gülnarə İslamova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.