29 sentyabr 2024 20:53
91

Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, məlumatla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.