29 sentyabr 2024 21:01
90

Şirvanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki,  hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.