29 sentyabr 2024 22:10
80

Şəmkirdə yol qəzasında üç nəfər xəsarət alıb

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki,  iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü E.Süleymanov, 1990-cı il təvəllüdlü R.Quliyev və 1979-cu il təvəllüdlü E.Quliyev xəsarət alıb və hər üç şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.