29 sentyabr 2024 22:20
98

Piyadaları avtomobil vurub

Göygöl şəhərində iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, Göygöl şəhərində "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2 piyadanı vurub. Zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.