29 sentyabr 2024 23:08
94

Qəza nəticəsində xəsarətlər alan piyada xəstəxanaya aparılarkən dünyasını dəyişib

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

“İki sahil” xəbər verir ki, “Report”a istinadən bildirir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.