SOCAR-ın dəstəyi, "Neftçi" İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında "SOCAR-2024" minifutbol turniri başa çatıb.
“İki sahil” xəbər verir ki, SOCAR bu barədə paylaşım edib.
Final qarşılaşmasında “Azəriqaz” İB-yə 4:2 hesabı ilə qalib gələn Balaxanı” ƏŞ komandası turnirin çempionu olub.