Prezident İlham Əliyev 2024-cü ilin 26 sentyabrında keçirilən iqtisadi müşavirədə neft hasilatının sabitliyinin təmin edilməsi məsələsinə geniş yer ayırıb. O, çıxışında neft hasilatının ölkənin iqtisadi inkişafında oynadığı rola toxunaraq, son illərdə xarici neft şirkətlərinin layihələrində neft hasilatının azalmasının ölkənin ümumi iqtisadi göstəricilərinə mənfi təsir göstərdiyini vurğulayıb. Dövlət başçısının fikrincə, hasilatın azalmasının qarşısını almaq üçün neft sektorunda daha effektli və məsuliyyətli yanaşma tələb olunur.
Əliyev xüsusilə son dövrlərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və xarici sərmayələrin bu sektora cəlb olunması istiqamətində atılan addımların əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu addımlar ölkə iqtisadiyyatının dayanıqlığını qorumaq məqsədilə həyata keçirilir. Bununla belə, neft sektoru hələ də ölkənin gəlirlərində mühüm rol oynayır və onun sabitliyinin təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
Prezident Əliyev xarici neft şirkətlərinə hasilatın azaldılmaması ilə bağlı ciddi tələblər irəli sürüb. O bildirib ki, Azərbaycanda neftin hasilatı sabit saxlanmalı və potensialın tam istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Hasilatın azaldılması, xüsusən də əsassız tənəzzül hallarının qarşısının alınması üçün bu şirkətlərin fəaliyyətləri daha sıx nəzarət altında olacaq. Prezident həmçinin bəyan edib ki, hasilat sahəsində yaranan nöqsanların aradan qaldırılması üçün qarşıda duran əsas hədəf sabit və davamlı neft hasilatı səviyyəsini təmin etməkdir.
Bundan başqa, Prezident iqtisadi şaxələndirmənin ölkənin uzunmüddətli iqtisadi dayanıqlığı üçün vacibliyini vurğulayıb. O qeyd edib ki, neft gəlirlərinə tamamilə güvənmək artıq kifayət etmir və qeyri-neft sektoru vasitəsilə iqtisadiyyatın daha geniş bir sahəyə yayımlanması lazımdır. Bununla belə, neft sektorunun mühüm bir hissə olaraq iqtisadi dayanıqlığın təmin edilməsində əsas rol oynamağa davam edəcəyini bildirdi.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı Azərbaycan iqtisadiyyatında həm neft hasilatının sabitliyinin təmin edilməsi, həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı strategiyanın önəmini əks etdirir.
E. Ağayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü