01 oktyabr 2024 14:18
308

Ölkəmizi inkişafa aparan layihələr

Bu gün Azərbaycan Respublikası üçün lider və güclü siyasətçi olan cənab İlham Əliyevin ölkəmiz üçün göstərdiyi yüksək idarəçiliyi, daxili və xarici siyasəti nəticəsində xalq arasında böyük rəğbət və etibar qazanıb. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2003,  2008, 2013 və 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. Prezident İlham Əliyevin sayəsində Azərbaycan sürətlə inkişaf edən, ölkələr arasında söz sahibinə çevrilən, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətdir.

XXI əsrdə Azərbaycan ərazi bütövlüyünü yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin uzaqgörən siyasəti  nəticəsində bərpa edib. Günü-gündən güclənən milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.

Hər çıxışında Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinin və yeni layihələrin qəbul edilməsinin vacibliyini vurğulamışdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb.

Dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli  sərəncamına uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Bu gün Azərbaycan dövləti həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə görə dünyada qabaqcıl sıralarda yer alır. Bölgələrdə həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, enerji layihələri icra olunur, həm də dəmir yolları, tunellər, hava limanları tikilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi şəhərlərimiz, kəndlərimiz gün keçdikcə layihələr nəticəsində inkşaf edir və yaşayış şəraiti yüksək səviyyəyə qalxır.

Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini gerçəkləşdirərək, Prezident İlham Əliyev doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir.  Və biz qalib rəhbərin, qalib dövlətimizin qalib vətəndaşlarıyıq.

Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Uğurlu rəhbərin, cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük uğurlara imza atacağımıza əminəm!

Mahiyə Nəsibova,
24 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü