01 oktyabr 2024 14:43
353

Qeyri-neft sektorumuz 7 faiz artıb

2020- ci il noyabrın 8- də Azərbaycanın Vətən müharibəsindəki zəfəri , doğma Qarabağ torpağının erməni işğalçılarından azad edilməsi dövlətimizin beynəlxalq aləmdəki imicinə müsbət təsir göstərdi. Qısa müddət ərzində iqtisadiyyat,  dövlət büdcəsi dəfələrlə artdı. Qarabağın azadlığı təkcə coğrafi məkanın deyil, həm də iqtisadiyyatın dirçəlişidir. 30 ildən artıq bir müddətdə becərilməyən, əsil sahiblərini gözləyən torpaqlar canlandı. Bu yerlərin yenidən əvvəlki vəziyyətə qaytarılması, yüksək məhsuldarlığa nail olunması ölkəmizi kənd təsərrüfatı məhsulları idxalçısından ixracatçısına çevirəcək. Bu yolda artıq müəyyən uğurlar əldə edilmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatına  - təkcə neft sahəsinə deyil, qeyri –neft sektoruna da milyardlarla manat sərmayə qoyulmuşdur. Azərbaycanda üzümçülüyün, pambıqçılığın, ipəkçiliyin əvvəlki şöhrətinin qaytarılması üçün çox iş görülmüşdür. Digər sahələrlə yanaşı, kənd təsərrüfatının bu sahələrinə də əsaslı vəsait qoyulmuşdur. Bir çox dünya dövlətləri ölkəmizlə iqtisadi əlaqələr qurmağa can atır. Qarabağın təbiəti burada istirahət və müalicə obyektlərinin tikilməsinə imkan verir. Bu isə ölkəyə turist axınının və sərmayə qoyuluşunun artması deməkdir. 2021-ci  ildən indiyə qədər Qarabağı artıq minlərlə turist ziyarət etmişdir. Kəlbəcərin məşhur müalicəvi “İstisu”yu artıq öz alıcılarina təqdim olunmuşdur. Qarabağa Qayıdış layihəsi üzrə öz yurdlarına geri dönən sakinlər o yerlərdə təsərrüfatı canlandırır, Azərbaycan məhsullarının dünya bazarına çıxması üçün çalışırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də qeyd edib ki, ilin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal xarici siyasəti nəticəsində ölkəmiz bir çox ikitərəfli regional və beynəlxalq toplantılara ev sahibliyi etməyə başladi.Bu ilin sentyabırında regionun müdafiə sənayesi sahəsinə həsr olunmuş ən böyük sərgi    - ADEX-24- ün Bakıda keçirilməsi bunun bariz nümunəsidir. Bu sərgidə dünyanın bir çox qabaqcıl ölkələri   -Türkiyə,  Rusiya ,Pakistan, İsrail və başqaları müdafiə sənayesində əldə etdikləri yenilik və nailiyyətləri nümayiş etdirdilər. Azərbaycan da yeni istehsal etdiyi suüstü kamikadze dronlarını sərgiyə təqdim etmişdi.

Belə tədbirlərin Bakıda keçirilməsi dünya ölkələrinin diqqətini bir daha Azərbaycana yönəltdi.  Bu göstərdi ki, Azərbaycan  öz müdafiə qabiliyyətini daha da gücləndirmək iqtidarındadır.

Təranə Cəfərova,
64 № li məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü