Bu ilki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Bu səbəbdən 2024-cü il tarixdə qalan il olacaq.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar və üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq və inkişaf işinə qədəm qoymuşdur və nəticələr göz qabağındadır. Azərbaycan xalqı, bütün gələcək nəsillər şanlı qələbəmizlə fəxr edəcək. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Bunun üçün iqtisadi potensiallarımızı artırmaq və inkişaf etdirmək lazımdır. Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi.
Təbii ki ölkə qarşısında bir çox vəzifələr var. Bunlardan biri yeni iqtisadi layihələrin yaradılması və onların təmin edilməsidir. Bunlar bizim həm iqtisadi həm də hərbi gücümüzə müsbət təsir edəcək.
V.Əliyeva,
YAP Xətai təşkilatının Qaçaq Nəbi 6A ünvanı üzrə ərazi partiya təşkilatının üzvü