03 oktyabr 2024 09:56
311

İranın ali rəhbəri sabah cümə namazı xütbəsi mərasimini özü keçirəcək

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei oktyabrın 4-də cümə namazı xütbəsi mərasimini özü keçirəcək.

“İki sahil” xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, sentyabrın 27-də Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, general Abbas Nilfuruşenin öldürülməsi ilə əlaqədar bu həftə Tehranda imam Xomeyni adına məsciddə Xamənei cümə namazını qılacaq.