Müstəmləkə altında yaşamaq, suverenlik əldə etmək və müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı "ASRAD" Qeyri Hökumət Təşkilatı (İnkişaf Yardımının Gücləndirilməsinə Həmrəylik Dəstəyi) prezidenti Kabine Doumbia deyib.
O qeyd edib ki, belə tədbirlər vasitəsilə səsimizi müxtəlif bölgələrdə yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.
“Dövlətin öz ərazisi üzərində öz hakimiyyətini həyata keçirmək və tam müstəqil şəkildə qərar qəbul etmək mənasını verən suverenlik bu gün qloballaşan dünyanın mürəkkəb reallıqları ilə üz-üzə gəlir. Əsas problemlərdən biri qlobal iqtisadi sistemə müdaxilə edilərkən dövlətlərin öz siyasi muxtariyyətlərini qoruyub saxlamaq imkanlarındadır.
İqtisadi suverenlik axtarışı, şübhəsiz ki, Afrika xalqlarının üzləşdiyi ən bahalı problemlərdən biridir. Aşağı qiymətlərlə ixrac edilən Afrika xammalının daha sonra transformasiya olunaraq hədsiz yuxarı qiymətlərlə yenidən satılması nümunəsi bu bunu mükəmməl şəkildə göstərir.
İqtisadi azadlığı qazanmağın dəyəri nə qədərdir?
Bugün bizim qarşımızda suverenliklə bağlı böyük çağırışlar durub. Afrika ölkələrinin azadlıq və suverenliklə bağlı səsi beynəlxalq aləmdə eşidilmir.
Bu çərçivədə Bakı Təşəbbüs Qrupu bizim səsimi beynəlxalq aləmə çatdırmaq üçün uğurlu bir platformadır”,- deyə o bildirib.