03 oktyabr 2024 13:09
281

Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir

Türk dövlətləri gələcəyə daha inamla irəliləyir.

“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı “X” hesabında yazıb.

O, Türk dövlətlərini təbrik edib: “Türk dövlətləri iqtisadiyyatdan infrastruktura, turizmdən gənclik və idmana qədər bir çox sahədə ortaq dil, mədəni və tarixi dəyərlərə malikdir”.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - oktyabrın 3-ü Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.