Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti oktyabrın 3-də Minsk şəhərindəki “Qələbə” abidəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Əli Əsədov abidənin önünə əklil qoyub.
Sonra Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib.