04 oktyabr 2024 23:57
450

Arif Yunusu anti-Azərbaycan qüvvələrlə birləşdirən məkrli niyyətlər ortaya çıxır

Bəzi məsələləri çox uzatmadan birbaşa mətləbə keçək. Son günlər internet resurslarına diqqət edəndə hamımızın yaxş tanıdığı Leyla Yunusun həm həyat, həm də “səngər yoldaşı” Arif Yunusun ölkəmizə qarşı fəallaşdığını müşahidə edirik. AXCP sədri Əli Kərimlinin “muzdlu nökəri Qənimət Zahidin “Azərbaycan saatı” internet tv- sində A.Yunusun saxta “siyasi məhbus” siyahası ilə bağlı yalançı, pafoslu və məntiqsiz, necə deyərlər, “bəytərifləri” söyləməsi öz-özlüyündə bu antimilli ünsürlərin eyni mərkəzdən idarə olunmasını təsdiq edir.

Müşahidələrimizin məntiqi nəticəsi onu deməyə əsas verir ki, Arif Yunusun “Azərbaycan saatı”ında ölkəmizdə “insan haqları” ilə bağlı “moizələri” məhz bütün bu aqressiv antimilli ünsürlərin bir ünvanı var- o da anti-Azərbaycan qüvvələrdir.

Gəlin A.Yunusun keçmişinə diqqət edək. Hamımıza yaxşı məlumdur ki, bu zat həyat yoldaşı L.Yunus kimi hələ ötən əsrin 90-cı illərindən xarici kəşfiyyat orqanları ilə sıx işbirliyində olub. Təsadüfi deyil ki, A.Yunus bir müddət əvvəl ölkəmizə xəyanətdə, dövlətçilyimizin əleyhinə ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilib. Bu şəxsə, eləcə də onunlar əlbir olan başıpozuq dəstəyə qarşı  irəli sürülən ittihamlar tam sübuta yetirilib. O zaman politoloq Aydın Mirzəzadə məsələ ilə bağlı belə yazmışdı: “Düzdür, müəyyən xarici dairələr onları müdafiə etməyə və vicdan məhbusu kimi qələmə verməyə çalışırlar. Onlar məhkəmədə élan olunan ittihamların mahiyyətinə toxunmadan hər iki şəxsi müəyyən yollarla cəzadan qurtarmağa çalışırlar. Təsadüfi deyil ki, hələ Leyla Yunusa ittiham irəli sürülməmişdən əvvəl, istintaqa çağırılan zaman o istintaq orqanına getməkdən imtina edirdi. Sonra isə Azərbaycandan qaçmağa çalışdı. Hesab edirəm ki, bu tip insanlara istinad edən, onlar vasitəsilə Azərbaycanda “5-ci kolon” yaratmağa, eyni zamanda, Azərbaycandan başqa ölkələrə kəşfiyyat xarakterli məlumatlar ötürməyə çalışan şəxslərin siyasəti bundan sonra da birmənalı şəkildə məğlubiyyətə uğrayacaq. Maraqlıdır ki, Leyla və Arif Yunusun həbsi ölkə müxalifətinin əksəriyyəti tərəfindən sükutla qarşılandı. Çünki onları müdafiə etmək bu şəxslərin törətdiyi əməllərı bölüşmək demək olardı”.

Politoloq qeyd etmişdi ki, L.Yunus həbsini ilk növbədə özünün siyasi fəaliyyəti ilə bağlamağa çalışsa da, nədənsə Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı və xaricdən ünvanına milyonlarla dollar vəsaitin axın etməsi və bunu istədiyi kimi istifadə etməsinə aydınlıq gətirmək istəmədi: “Çünki onun bu məsələlərlə bağlı deyəcək sözü yox idi. Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan vətəndaşları gəlirlərindən mütləq vergi verməlidirlər. L.Yunus Azərbaycan vətəndaşının bütün hüquqlarından istifadə etsə də, onun gəlirlərindən vergi vermək fikri yox idi. Bununla bağlı hər hansı addım da atmayıb. Bundan başqa, L.Yunus xaricdən aldığı qrantlar barəsində mütləq Ədliyyə Nazirliyinə məlumat verməli idi. O, bunlardan daima boyun qaçırıb. L.Yunus özünü qanundan üstün hərəkət edə bilən şəxs statusunda hiss edirdi. Bu mənada məhkəmə qərarı Azərbaycanın özünün dövlət müstəqilliyini, qanunların üstünlüyünü qorumaq əzmində olduğunu və bu məsələdə heç kəsə güzəştə getməyəcəyini göstərir”.

Mükəmməl! Məsələ burasındadır ki, bu cütlük (Leyla və Arif Yunuslar) bu gün də, yəni, COP 29 ərəfəsində öz antimilli fəaliyyətlərini mənəviyyatsızcasına davam etdirirlər. Bunlar Qərbdəki anti-Azərbaycan dairələrə danos, eləcə də dəstək verməkdə davam edirlər. Bu günlərdə “Azərbaycan saatı”nda A.Yunus Leyla ilə birlikdə ABŞ-a səfər edəcəyini və ölkəmizdə “insan haqlarını”nın pozulması ilə bağlı məlumatları konqresmenlərə verəcəyini bildirdi. Hansı konqresmenlərə? Hamımız yaxşı bilirik ki, yunuslar  ermənipərəst konqresmenlərdən aldıqları sifarişlə okeanın o tayına gedəcəklər.

Şübhəsiz, bu işdə Ə.Kərimli başda olmaqla ölkəmizdəki radikal müxalifətin “əməyi” də az deyildir. Ermənipərəst dairələrin qrant pulları ilə “yağ içində  böyrək kimi bəslənən” bu antimilli ünsürlər  həmişə olduğu kimi, bu gün də öz fəalliyyətlərini anti-Azərbaycan dairələrlə koordinasiyalaşdırırlar. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla  bağlı qərəzli, qeyri-obyektiv, ədalətsiz müzakirələr, həmçinin ABŞ-ın 58 konqresmenin noyabrda Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində “insan haqlarının müdafiəsi” adı altında ölkəmizə təzyiq göstərməyə çağırışları dediklərimizi bir daha təsdiq edir.

Əvvəllər dediyimiz kimi, Azərbaycan əleyhdarlarının bütün bu cəhdləri mənasızdır. Çünki hər bir azərbaycanlı, damarında həqiqi Azərbaycan qanı axan hər bir soydaşımız yaxşı bilir ki, ölkəmizə qarşı  mənəviyyatsızcasına qarayaxma kampaniyası aparan bu məkrli qüvvələr gec-tez məğlub olacaqlar. Cəmiyyətimiz bu xəyanətkar, ikiüzlü siyasətin mahiyyətini yaxşı dərk etdiyindən  onu birmənalı olaraq rədd edir, ölkə rəhbərliyinin qüdrətli Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü siyasəti qətiyyətlə dəstəkləyir. Bunu Ə.Kərimli, Leyla və Arif Yunus kimilər, eləcə də bədxahlarımız çox yaxşı bilirlər...

Zahid Rza, “İki sahil”