04 oktyabr 2024 22:13
342

Sentyabrın ən yaxşısı

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal İspaniyada sentyabrın ən yaxşısı seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə La Liqanın rəsmi səhifəsi açıqlama yayıb.

17 yaşlı futbolçu sentyabr ayında 4 oyunda iştirak edib. Yamal bu qarşılaşmalarda 3 qol və 1 ötürmə ilə yadda qalıb. Onun "Barsa" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, İspaniya yığmasının üzvü bu mövsümdə 10 oyunda 5 qol vurub, 5 ötürmə edib.