05 oktyabr 2024 16:09
331

Düşənbədə daha bir bürünc medal qazandıq

Azərbaycan cüdoçusu Əjdər Bağırov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

 “İki sahil” xəbər verir ki, milli üzvü 100 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb. Ə.Bağırov bürünc medal uğrunda görüşdə iranlı Əli Reza Niksereştə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ikinci bürünc medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) mundialda üçüncü yerə sahib çıxıb.