06 oktyabr 2024 08:42
315

Kavani ilə müqavilə uzadıldı

"Boka Xuniors" futbolçusu Edinson Kavani ilə müqaviləsini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı hücumçu ilə sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Uruqvaylı futbolçu 2023-cü ilin yayından “Boka Xuniors”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 43 matç keçirib, 20 qol vurub. Kavaninin Argentina nəhəngi ilə əvvəlki müqaviləsi 31 dekabr 2024-cü ilə qədər idi.