Əməkdar artist Xumar Qədimova daha bir möhtəşəm layihəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, müğənni “Səni-səni” adlı mahnıya klip çəkdirib.
Möhtəşəm layihələri ilə hər zaman səs-küyə səbəb olan Xumar bu dəfə də fərqli iş ərsəyə gətirib.
Ekran işində məşhur türkiyəli aktyor, “Kurtlar Vadisi”ndə Güllü Erhan obrazı ilə tanınan aktyor Erhan Ufuk rol alıb.
Mahnının sözləri və musiqisi Ferhat Çeğilə məxsusdur. Klipin rejissoru isə Bəxtiyar Ələkbərovdur.
Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib
Xəzər Universiteti Dünya Məktəbində “Sən qayıdacaqsan” adlı tamaşa təqdim olundu